
VMF PLATFORMASI İSTİFADƏÇİ TƏLİMATI
1. Ümumi müddəalar
VMF Platforması - VMF MMC tərəfindən idarə olunan veb-sayt və mobil tətbiqdən (bundan sonra birlikdə “Platforma”) ibarətdir və istifadəçilərə məhsul və xidmətlərdən rahat, sürətli və təhlükəsiz şəkildə faydalanmaq imkanı təqdim edir.
Bu Təlimat Platformadan istifadə qaydalarını, funksiyaları, istifadəçi hüquq və vəzifələrini, habelə təhlükəsizlik və məsuliyyət şərtlərini müəyyən edir.
Platformadan istifadə etməklə istifadəçi:
- bu Təlimatla tanış olduğunu
- Təlimatın şərtlərini qəbul etdiyini
- Təlimata riayət etməyi öhdəsinə götürdüyünü
təsdiq etmiş hesab olunur.
Bu Təlimat Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun hazırlanmışdır.
2. Qeydiyyat və Hesab Yaradılması
2.1. Qeydiyyat
Platformada qeydiyyat zamanı istifadəçi aşağıdakı məlumatları təqdim edir:
- Ad, soyad, ata adı
- Telefon nömrəsi
- Elektron poçt ünvanı
- Doğum tarixi
- Ünvan məlumatları
- İstəyə bağlı foto və digər əlavə məlumatlar
Şirkət istifadəçi tərəfindən təqdim edilən məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır. İstifadəçi təqdim etdiyi məlumatların doğruluğuna görə məsuliyyət daşıyır.
2.2. Hesabın aktivləşdirilməsi
- Qeydiyyat tamamlandıqdan sonra istifadəçiyə SMS və ya e-mail vasitəsilə təsdiqləmə kodu göndərilir.
- Hesab aktivləşdirildikdən sonra istifadəçi Platformanın bütün funksiyalarından istifadə edə bilər.
2.3. Hesabın təhlükəsizliyi
İstifadəçi:
- şifrəsini gizli saxlamalıdır
- üçüncü şəxslərə ötürməməlidir
- hesabında baş verən əməliyyatlara görə məsuliyyət daşıyır
Şirkət istifadəçinin şifrəsinin üçüncü şəxslər tərəfindən istifadə edilməsinə görə məsuliyyət daşımır.
İki faktorlu autentifikasiya (2FA) əlavə təhlükəsizlik tədbiri kimi istifadə edilə bilər.
3. Platformanın Funksiyaları
3.1. Sifariş və alış prosesi
İstifadəçi:
- məhsulları səbətə əlavə edir
- ödəniş üsulunu seçir
- sifarişi tamamlayır
Sifariş statusu istifadəçinin şəxsi kabinetində izlənilə bilər.
3.2. Loyalty proqramı
VMF Loyalty proqramı çərçivəsində:
- alış zamanı bonus xalları(kəş bək) toplanır
- bonuslar (kəş bək) növbəti alışlarda istifadə olunur
- xüsusi kampaniyalar təqdim edilir
Bonuslar aşağıdakı məqsədlərlə istifadə edilə bilər:
- VMF mağazalarında alış zamanı
- VMF Kafe xidmətlərində
- xüsusi kampaniyalarda
3.3. Bildirişlər və kommunikasiya
Platforma vasitəsilə istifadəçiyə aşağıdakı bildirişlər göndərilə bilər:
- sifariş statusu
- ödəniş bildirişləri
- kampaniya və endirimlər
- loyalty bonus məlumatları
İstifadəçi istənilən vaxt marketinq bildirişlərindən imtina edə bilər
4. Cookies və Analitika
Platforma aşağıdakı texnologiyalardan istifadə edir:
- cookies
- analitika sistemləri
- pixel texnologiyaları
Bu texnologiyalar aşağıdakı məqsədlərlə istifadə edilir:
- istifadəçi təcrübəsinin yaxşılaşdırılması
- platformanın optimallaşdırılması
- kampaniyaların effektivliyinin ölçülməsi
İstifadəçi cookies istifadəsini brauzer ayarları vasitəsilə deaktiv edə bilər.
5. Təhlükəsizlik və Məlumatların Qorunması
Şirkət aşağıdakı təhlükəsizlik tədbirlərini tətbiq edir:
- məlumatların şifrələnməsi
- server təhlükəsizliyi
- giriş hüquqlarının məhdudlaşdırılması
- daxili audit mexanizmləri
Şirkət məlumatların qorunması üçün bütün zəruri tədbirləri görür.
6. İstifadəçi Hüquqları
İstifadəçi aşağıdakı hüquqlara malikdir:
- məlumatlara çıxış
- məlumatların düzəldilməsi
- məlumatların silinməsi
- razılığın geri götürülməsi
- marketinq bildirişlərindən imtina
İstifadəçi hüquqlarından istifadə üçün:
info@vmf.az elektron poçt ünvanına müraciət edə bilər.
7. Məhsulların qaytarılması və dəyişdirilməsi
İstehlakçı hüquqlarına əsasən:
- qeyri-qida malları 14 gün ərzində dəyişdirilə bilər
- məhsul istifadə edilməmiş və orijinal vəziyyətdə olmalıdır
İstisnalar:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli 114 nömrəli qərarına əsasən:
- qızıl məmulatları
- zərgərlik məhsulları
- qiymətli metallardan hazırlanmış məhsullar
istehsal qüsuru olmadığı halda qaytarıla bilməz.
8. İstifadəçinin vəzifələri
İstifadəçi aşağıdakı öhdəlikləri qəbul edir:
- düzgün məlumat təqdim etmək
- platformadan qanunsuz məqsədlərlə istifadə etməmək
- digər istifadəçilərin hüquqlarını pozmamaq
- platformanın fəaliyyətinə müdaxilə etməmək
9. Platformadan istifadə məhdudiyyətləri
Qadağandır:
- saxta hesab yaratmaq
- sistemə müdaxilə etmək
- bonus sistemindən sui-istifadə
- saxta sifarişlər vermək
Bu hallarda Şirkət hesabı bloklamaq hüququna malikdir.
10. Dəstək və Əlaqə
Texniki dəstək:
Email: info@vmf.az
Telefon: +994 50 257 80 39
11. Yenilənmə və dəyişikliklər
Şirkət bu Təlimata dəyişiklik etmək hüququna malikdir.
Dəyişikliklər Platformada yerləşdirildiyi andan qüvvəyə minir.
12. Təlimatın qüvvəyə minməsi
Bu Təlimat:
- təsdiq edildiyi tarixdən qüvvəyə minir
- Platformadan istifadə edən bütün istifadəçilərə şamil olunur