Zippo Eyewear
1932-ci ildə ABŞ-da yaradılan Zippo brendi keyfiyyət, etibarlılıq və uzunömürlülüyün simvolu kimi dünya miqyasında tanınır. Brend bu gün alışqanlarla yanaşı, müxtəlif həyat tərzi məhsulları, o cümlədən Zippo Eyewear optik və günəş eynəkləri kolleksiyası ilə də seçilir.
Zippo Eyewear kolleksiyası klassik Amerika dizaynını müasir texnologiyalar və gündəlik rahatlıqla birləşdirir. Kolleksiyaya müxtəlif üslublarda günəş eynəkləri, optik çərçivələr və oxu eynəkləri daxildir. İstər klassik, istərsə də müasir görünüşə üstünlük verən istifadəçilər üçün geniş model seçimi təqdim olunur.
Günəş Eynəkləri
Zippo günəş eynəkləri klassik düzbucaqlı, yumru, sport və retro üslublu modellərlə istehsal edilir. Modellər yüksək keyfiyyətli polikarbonat və ya metal çərçivələrdən hazırlanır, UV400 qorumalı linzalar isə günəşin zərərli ultrabənövşəyi şüalarından etibarlı müdafiə təmin edir. Bəzi modellər əlavə olaraq polarizasiya olunmuş linzalarla təchiz edilərək parıltını azaldır və daha rahat görmə imkanı yaradır.
Optik Eynəkləri
Zippo optik eynəkləri yaxın məsafədə rahat görməni təmin etmək üçün hazırlanmışdır və müxtəlif optik güclərdə (+1.00-dan +3.50 dioptriyaya qədər) təqdim olunur. Modellərin əksəriyyəti Flex yaylı menteşə sistemi ilə təchiz olunduğundan üzə rahat oturur, istifadədə daha komfortlu olur və uzunömürlülüyü ilə seçilir.
Keyfiyyət və Rahatlıq
Zippo Eyewear məhsulları yüngül konstruksiyası, davamlı materialları və funksional dizaynı ilə gündəlik istifadə üçün ideal seçimdir. Müxtəlif üz formalarına uyğun modellər, zəngin rəng seçimi və yüksək istehsal keyfiyyəti kolleksiyanın əsas üstünlüklərindəndir.
Bütün orijinal Zippo Eyewear məhsulları brendə məxsus mikrofiber yumşaq kisə və ya sərt qoruyucu qutu ilə təqdim olunur.
VMF Company Zippo Eyewear brendinin Azərbaycandakı rəsmi distribütorudur və müştərilərinə yalnız orijinal məhsullar təqdim edir.