Çatdırılma və ödəmə şərtləri

Sizi www.vmf.az saytında görməyimizə çox şadıq!

Saytımızdan online qaydada aldığınız məhsullar 3 çatdırılma tezliyi üzrə kuryer vasitəsi ilə göstərdiyiniz ünvana çatdırılır. Çatdırılma xidmətlərimiz ərazidən və çatdırılma tezliyindən asılı olaraq aşağıdakı qaydada tənzimlənir.

Çatdırılma Bakı, SumqayıtXırdalan şəhərlərinə 3 tezlik üzrə-"Təcili"(1-2 gün)"Standart" (2-4 gün), "Növbəli" (4-6 gün), Azərbaycanın digər bütün regionlarına isə 2 tezlik üzrə-"Standart" (2-4 gün)"Növbəli" (4-7 gün) olmaqla həyata keçirilir. 

Çatdırılma qaydaları:

Çatdırılma, Sizin məhsulu aldığınız saatdan asılıdır və aşağıdakı şərtlərlə tənzimlənir.

  1. Əgər Siz məhsulu günün 1-ci yarısında almısınızsa (saat 12:00-adək) və çatdırılma tezliyini “Təcili” seçmisinizsə, məhsul həmin gün ərzində çatdırıla bilər.
  2. Əgər Siz məhsulu günün 2-ci yarısında almısınızsa (saat 13:00-dan 17:00-adək) və çatdırılma tezliyini “Təcili” seçmisinizsə, məhsulun çatdırılması həmin gün və ya növbəti iş gününə keçirilə bilər.
  3. Əgər Siz məhsulu həftənin Şənbə günü almısınızsa çatdırma tezliyini “Təcili” seçmisinizsə, aldığınız məhsulun çatdırılması növbəti iş gününə keçiriləcəkdir.
  4. Əgər Siz məhsulu istirahət və ya bayram günlərində almısınızsa, o zaman, aldığınız məhsulun çatdırılması növbəti iş gününə keçiriləcəkdir. 
  5. Sifariş etidiyiniz məhsulun mövcudluğu yalnız bölgə mağazalarımızda (Gəncə və ya Şəki) olduğu zaman sifarişlər hər həftənin çərşənbə günü götürülür. Bu səbəbən çatdırılma həftənin qeyd edilən günü, günün ikinci yarısı ediləcəkdir. Bu gözləmə müddəti sizin üçün əlverişli deyilsə, xahiş edirik aşağıda oxşar məhsullardan birini sifariş edəsiniz və ya operator ilə əlaqə saxlayasınız. 

  6. Operator ilə 0502578039 nömrəsi ilə əlaqə saxlaya bilərsiz.

*Çatdırılmanın standart vaxtı saat 10:30-dan 18:00-a kimidir.

*Çatdırılmadan öncə kuryer alıcı ilə birgə çatdırılma vaxtını razılaşdırır.

*Ödəniş yalnız online qaydada və bütün növ bank kartları ilə həyata keçirilir.