Rado müasir texnologiya ilə keramikanı metalla birləşdirərək, cızılmalara qarşı dünyanın ən dayanıqlı saatlarının istehsalında liderliyi ilə məşhur bir saat brendidir.

Beynəlxalq dizayn mükafatlarına doymayan İsveçrənin bu iddialı saat firması 150-dən çox ölkədə, 5900-dan çox satış mərkəzində keyfiyyət vurğunlarının zövqünə xitab edir. 1917-ci ildə Schlup&Co. adıyla qurulan və 1957-ci ildə Rado brendi ilə karyerasına davam edən firma, 1962-ci ildə dünyanın ilk cızılmaz saatını bazara çıxardı. Firmanın bir digər önəmli özəlliyi də, saatın istehsalında sərt metal (tungsten və titanium karbor) keramika, lantan və kristal sapfir maddələrin istifadəsində öncüllük etməsidir.

İstifadəçilərin komfortunu da hədəfləyən Rado, istehsalında və montaj texnikalarında müasir səviyyə, mütəxəssislik və yüksək texnologiya tələb edən, bir-birindən keyfiyyətli saatları ilə göz qamaşdırır. Yenilikçi, dayanıqlı və anti-allergetik saat kolleksiyaları ilə keyfiyyətini nümayiş etdirən Rado Saatının, Hyperchrome, Diamaster, True, Centrix,Esenza Touch, D-Original, Classics və R-X seriyaları, fərqli tərzlərdə şık modelləri ehtiva edir.

Çox uzun illərdən bəri tennis dünyasındakı sponsorluqları ilə də tanınan və brend üzü olaraq bir çox məşhur tennisçi ilə çalışmağa davam edən bu saat markasının, tennisdən ilham aldığı True Match Point və Hyper Chrome Match Point adlı çox şık saatlarının da yer aldığı özəl kolleksiyası vardır.

www.vmf.az saytından online sifariş etməklə siz, yüksək texnologiya nümunəsi olan və cızılmaz saatları ilə məşhur, keyfiyyətli Rado saatlarına sahib ola bilərsiniz.