Wenger əsası 1893-ci ildə Paul Boechat tərəfindən qoyulan İsveçrə Ordu Bıçaqlarını istehsal edən iki şirkətdən biridir.

2005-ci ildə rəqibi Victorinox tərəfindən alınmışdır. Hal-hazırda Wenger İsveçrə Ordu Bıçaqları Victorinox-un bir kolleksiyası kimi mövcudluğunu davam etdirir. Brend öz adını yalnız saatlarda və bəzi lisenziyalı məhsullarda saxlayıb.