Omega İsveçrənin Biel şəhərində yerləşən lüks İsveçrə saat markasıdır.
Əsası 1848-ci ildə qoyulsa da Omega adını 1903-cü ildə götürüb. Hal-hazırda brend İsveçrənin Swatch Group korporasiyasına daxildir. Omega 1984-cü ildə Biel şəhərində öz muzeyini ziyarətçilərin üzünə açmışdır. Omega 1969-cu ildə Aya səfər ediləndə NASA-nın seçimi olmuşdur.
Başda film qəhramanı James Bond olmaqla, Elvis Presley, John Kennedy, Prince William, Goerge Clooney də Omega saatlarının həvəskarlarıdır.