1775-ci ildə Parisdə Abraham Louis Breguet tərəfindən təməli qoyulmuş lüks saat və zərgərlik istehsalçısı olan Breguet markası,  1999-cu ildən İsveçrənin Swatch Group korporasiyasının tərkibinə keçmiş və bu günümüzə qədər gəlib çıxan ən qədim saat brendlərindən biridir. 

Breguet saat markasının məşhur alıcılarısadiq sahibləri sırasında 1782-ci ildə Fransa kraliçası Mariya Antuanetta, 1787-ci ildə Fransa Xarici işlər Naziri Şarl Moris de Toleyran, 1798-ci ildə Fransa İmperatriçə Jozefina, 1798-ci ildə Napaleon Bonapart kimi məşhur şəxsiyyətlər yer almışdır. 1810-cu ildə isə Fransa imperatriçəsi Caroline Bonapate-a Breguet saatı hədiyyə edilmişdir.