|
Şirkətin tarixi
VMF 1998-ci ilin sonunda Azərbaycanda ilk dəfə olaraq saat, qiymətli əşyalar və aksesuarlar biznesində öz fəaliyyətinə başladı. Onun İsveçrənin məşhur Longines saat şirkəti ilə uğurlu əməkdaşlığından sonra VMF SWATCH Qrupa daxil olan – Breguet, Blancpain, Glashütte Original, Omega, Rado, CK, Tissot, Swatch, Flik-Flak, kimi və həmçinin Swatch qrupa daxil olmayan Ulysse Nardin, Raymond Weil, Versace, Seiko, Casio, Caran d’Ache və Wenger kimi dünyanın tanınmış şirkətlərilə öz biznesini daha da genişləndirdi.
Şirkətin profili
VMF ölkədə ilk sırada yerləşməsi və biznesin bütün sferalarında yüksək korporativ standartlara sahib olması ilə qürur duyur. Peşəkar həyat və yüksək səviyyəli xidmət, yüksək keyfiyyətli məhsul və beynəlxalq zəmanət, müasir və münasib yerlərdə olan satış slonları VMF fəaliyyətinin mühüm elementidir, hansı ki, onu başqalarından fərqləndirir və davamlı uğurlu inkişafına imkan verir.
|